20.11.2024

Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib

Noyabrın 20-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib. Qəbulda Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov ilə bərabər Qazax, Ağstafa, Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə təhsil sektorlarının müdirləri də iştirak ediblər.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Anar Məcidov vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.


Açar sözlər: