Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov Gədəbəy şəhəri İslam Əliyev adına 3 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü liseydə olub. Liseyin mövcud vəziyyəti, infrastrukturu ilə tanış olub.
Müəssisədə şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib.
Məlumat üçün bildiririk ki, Azərbaycanın Əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mir Cəlal Əli oğlu Paşayev 1927-1929-cu illərdə Gədəbəy şəhər 3 nömrəli ümumi orta məktəbin direktoru vəzifəsində çalışıb.