Noyabrın 19-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov Gədəbəy rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Görüşdə tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin ölçülməsi, 4-6-cı siniflər üzrə həyata keçirilən monitorinqlərin nəticələri, şagird potensialının düzgün qiymətləndirilməsi, vətəndaş qəbulu mexanizminin təkmilləşdirilməsi məsələləri barədə danışılıb. Anar Məcidov təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması istiqamətində məktəb-valideyn münasibətlərinin tənzimlənməsinin vacib olduğunu bildirib.
Görüşün sonunda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.