09.10.2024

“Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda maarifləndirici tədbir təşkil edilib

Tovuz rayonu üzrə təhsil sektorunun təçkilatşılığı ilə “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda maarifləndirici tədbir təşkil edilib. Tədbirdə Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları və müəssisə rəhbərləri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd təhsil sahəsində korrupsiya hüquqpozmalarının qarşınını almaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək, bu barədə təhsilverənləri və təhsilalanları məlumatlandırmaqdır.

Tədbirdə giriş sözü ilə çıxış edən Məhəbbət Hüseynova təhsil müəssisələrində neqativ halların qarşısının alınması istiqamətində mütəmadi olaraq profilaktik söhbətlər aparıldığını və təlimatlandırıcı tövsiyələr verildiyini bildirib. Həmçinin korrupssiyanın törətdiyi faciələr, xoşagəlməz hadisələrdən, təhsil sahəsində korrupsiya hüquqpozmaları və digər qanun pozuntulardan bəhs edib.

Görüşün sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,