Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşları tərəfindən Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseydə görüş təşkil edilib.
Görüşdə məktəb-liseyin 2023-2024-cü tədris ilində IX-XI siniflərin buraxılış imtahan nəticələri, IV-VI siniflərdə keçirilmiş Milli Qiymətləndirmənin nəticələri, Respublika Fənn Olimpiadalarına hazırlıq, tədris ilinin nəticələrinə əsasən müəllimlərin reytinqi və s. məsələlər müzakirə olunub.
Sonda məktəb-liseyin müəllimlərinin təklifləri dinlənilib, müvafiq tövsiyələr verilib.