07.11.2024

8 noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib

Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə 8 noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, həmçinin şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər.

Tədbirdə şagirdlər vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar oxuyub və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,