Noyabrın 6-da Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib. Qəbulda Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Anar Məcidov ilə bərabər Qazax, Ağstafa, Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə təhsil sektorlarının müdirləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb və onların həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaş qəbulun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.