05.11.2024

 "Elmli həyat, yaşıllıq yarat" adlı tədbir keçirilib

Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Ağstafa rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Elmli həyat, yaşıllıq yarat" adlı tədbir keçirilib.

Tədbir əvvəl məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin təhsilalanları tərəfindən məişət tullantılarından hazırlanmış sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd edək ki, tədbirin keçirilməsinin əsas məqsədi 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi barədə imzalanan Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarətdir.


Açar sözlər: ,