Şəmkir rayonu üzrə təhsil sektorunun və Yeni Azərbaycan Partiyası Şəmkir rayon partiya təşkilatının birgə təşkilatçılığı ilə gənc müəllimlər arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib.
İntellektual yarışın keçirilməsində məqsəd 8 noyabr - Zəfər Gününün qeyd olunması, yeniyetmə və gənclərin intellektual bacarıqlarının, bilik səviyyəsinin inkişafına kömək etmək, intellektual potensiala malik gəncləri aşkara çıxarmaq, gənclərin Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirilmələrinə şəraitin yaradılmasından ibarətdir.
Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
İntellektual yarışın nəticəsinə əsasən “Qarabağ” komandası I yerə, “Polad Həşimov” komandası II yerə, “Liderlər” komandası isə III yerə layiq görülüblər. Qalib komandalar Fəxri Fərmanla təltif ediliblər.