04.11.2024

Yeniyetmələr arasında atletika üzrə rayon turniri keçirilib

Ağstafa rayonu üzrə təhsil sektorunun və Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə rayon turniri keçirilib.

Çıxış edənlər bildiriblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırılıb və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi qeyd edilir.

Turnirdə 22 təhsil müəssisəsindən 88 şagird iştirak edib. Maraqlı və gərgin mübarizədən sonra qaliblər müəyyən edilib. Qalib şagirdlər Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif ediliblər.


Açar sözlər: ,