31.10.2024

“Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər” mövzusunda konfrans keçirilib

ADA Universitetində “Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər” mövzusunda konfrans keçirilib.

Konfransda bildirilib ki, məktəbliləri dünya ictimaiyyətini narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə maarifləndirmək, onları bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideyalar və həllər irəli sürməyə təşviq etmək layihənin əsas hədəfləridir.

"Planetimizi xilas edək" layihəsi ilə çıxış edən Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın "Yaşıl dalğa" komandası qalib seçilib. Komanda Diplom və pul mükafatı ilə təıtif edilib.


Açar sözlər: ,