Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 22 oktyabr tarixindən etibarən "Məktəblər üçün PİSA" tədqiqatına start verilib.
Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də bu bacarıqları real həyatda tətbiq etmə qabiliyyətlərini müəyyənləşdirməkdir.
Bu tədqiqat ümumi təhsil müəssisələrinə öz nəticələrini digər ölkələrin oxşar müəssisələri ilə müqayisə etmək, tədrisin keyfiyyəti barədə daha ətraflı məlumat əldə etmək və təkmilləşdirmə tədbirləri görmək imkanı verir.
Bildiririk ki, tədqiqatda iştirak üçün Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 11 ümumi təhsil müəssisəsi seçilib. Qeyd edək ki, tədqiqat noyabrın 5-dək davam edəcək.