21.10.2024

"Cop29" ilə bağlı intellektual bilik yarışı keçirilib

Ağstafa Rayon İcra Hakimiyyəti, Ağstafa rayonu üzrə təhsil sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə ənənəvi formadan fərqli olaraq Ağstafa rayon ümumi təhsil müəssisələrinin şagirdləri və onların valideynlərinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və "Cop29" ilə bağlı intellektual bilik yarışı keçirilib.

Həsənsu kənd tam orta məktəbdə keçirilən tədbirdə iştirakçılar ilk öncə qoruq ərazisində aşkarlanan maddi-mədəniyyət nümunələrindən və qoruğa məxsus çap məhsullarından ibarət sərgi ilə tanış olublar.

30 sualdan ibarət yarış 3 mərhələdə təşkil olunub. 30 komandanın iştirak etdiyi yarışda Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin təmsil olunduğu “Füzuli" komandası I, Həsənsu kənd tam orta məktəbin təmsil olunduğu “Xocalı” komandası II, Böyük Kəsik kənd Azər Yusifli adına tam orta məktəbin təmsil olunduğu “Zəngilan “komandası isə III yeri tutublar.

Qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar.


Açar sözlər: ,  ,