17.10.2024

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsinə start verilir.

Müsahibədə iştirak etmək istəyən (2023-cü ildə müsabiqənin test mərhələsində iştirak etmiş və 2022-ci ildə müsabiqəni uğurla keçmiş) namizədlər 17 oktyabr tarixindən 20 oktyabr 2024-cü il, saat 23:59-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki:

https://forms.gle/wYSy3ZKNkyMH5DaT7

Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.

Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.

Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı:

https://drive.google.com/.../1Pe8BuZ.../view...