Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində olimpiya hərəkatının təbliğ olunması məqsədilə görüşlər təşkil edilib.
Görüşlərdə tanınmış idmançılar, məktəblərin pedaqoji və şagird kollektivi iştirak edib.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər olimpiya hərəkatının təbliğ olunması və təhsilalanların idmana marağının artırılması istiqamətində müzakirələr aparıblar.
Görüşlərin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.