16.10.2024

ƏMAS sistemi və kargüzarlıq qaydaları ilə əlaqədar təlim təşkil edilib

Tovuz rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə rayonun təhsil müəssisələrinin rəhbərləri üçün ƏMAS sistemi və kargüzarlıq qaydaları ilə əlaqədar təlim təşkil edilib.

Təlim zamanı ƏMAS sistemindən istifadə qaydaları, vaxtında və düzgün formada əmək müqaviləsi bildirişlərinin yaradılması, yazılı əmək müqaviləsinin bağlanılması, sistemdə ştatlar yaradılarkən tez-tez təkrarlanan nöqsanların aradan qaldırılması, işçinin qulluq funksiyalarının və məzuniyyət əmrlərinin sistemə daxil edilməsi, vətəndaş müraciətlərinin vaxtında və düzgün cavablandırılması, təhsil müəssisələrində sənədləşmə işinin düzgün aparılması, kargüzarlıq qaydaları və s. məsələlər barədə geniş məlumat verilib və qaydalar izah edilib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,