15.10.2024

"Xüsusi hallar" barədə marifləndirici görüşlər keçirilib

 

14 və 15 oktyabr tarixlərində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Tovuz rayonları üzrə təhsil müəssisələrinin rəhbərləri ilə "Xüsusi hallar" barədə marifləndirici görüşlər keçirilib.

Görüşlərdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin xüsusi hallar üzrə məsul əməkdaşı, rayon təhsil sektorlarının əməkdaşları və müəssisə rəhbərləri iştirak ediblər.

Görüşlərdə operativ məlumat verilməsinə aid olan xüsusi hallar, xüsusi hal baş verdiyi zaman təhsil müəssisələrinin rəhbərlərinin vəzifələri və məsuliyyəti barədə məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb.

Sonra müəssisə rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: