Ağstafa rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə rayonun ümumi təhsil müəssisələrində təhsil alan 4-cü sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada monitorinq imtahanı təşkil edilib.
Monitorinqə 1068 nəfər 4-cü sinif şagirdi cəlb edilib. Şagirdlər 120 dəqiqə ərzində tədris dili və riyaziyyat fənləri üzrə ümumilikdə 60 sualı cavablandırıblar.
Qeyd edək ki, monitorinq imtahanlarının keçirilməsində əsas məqsəd şagirdlərin müvafiq standartlar üzrə bilik və bacarıqlarının hansı səviyyədə formalaşdığını müəyyən etmək, milli qiymətləndirməyə hazırlamaqdır.