14.10.2024

Laborant vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

Oktyabrın 12-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax, Tovuz və Gədəbəy rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan laborant vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Test imtahanında 166 nəfər namizəd iştirak edib.

Test imtahanında namizədlərə İKT (informasiya və kommunikasiya texnologiyaları) bacarıqlarının yoxlanılması və məntiq üzrə hər birinə aid 20 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilib.

Hər bölmə üzrə təqdim olunan sualların 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.


Açar sözlər: