Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə fərdi təhsilə cəlb olunan uşaqlarla görüş keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə nağıl qəhrəmanlarının iştirakı ilə bir-birindən maraqlı tamaşalar və müxtəlif əyləncəli proqramlar uşaqlar tərəfindən böyük sevinclə qarşılanıb.
Tədbirdə iştirak edən valideynlər ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqlara dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.