Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllimlərin bir təhsil müəssisəsindən digərinə yerdəyişməsi prosesinə start verilir.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifələri üzrə mövcud olan vakant yerlərə tərbiyəçi-müəllimlərin yerdəyişməsi prosesinə start verilir.
Yerdəyişmə ilə bağlı müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır.
Yerdəyişmədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 15 oktyabr 2024-cü il, saat 18:00-dək (yalnız iş günlərində) Qazax-Tovuz Regional Təhsil İdarəsinə (Şəmkir şəhəri, Nizami küçəsi 71) yaxınlaşaraq lazımi sənədləri təqdim etməlidirlər.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqında dövlət sənədinin (diplom) surəti;
- əmək kitabçasının surəti;
- şəhid ailə üzvü olmasını təsdiqləyən sənədin surəti;
- yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.).
Bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:
- şəhid ailəsi üzvlərinə;
- daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;
- pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə.
Qeyd: Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq yerdəyişmədə iştirak edə bilməzlər.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan vakant yerlərlər barədə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.