08.10.2024

Gədəbəy rayon ümumtəhsil məktəblərinə yeni təyin olunmuş müəllimlərlə görüş keçirilib

 

Oktyabrın 8-də Gədəbəy rayon ümumtəhsil məktəblərinə yeni təyin olunmuş müəllimlərlə görüş keçirilib.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri Elməddin Zeynalzadə yeni təyin edilən müəllimləri təbrik edib, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.

Görüşdə iştirak edən gənc müəllimlər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və bundan sonrakı fəaliyyətlərində də daha hərtərəfli gənclərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.

Məlumat üçün bildiririk ki, bu il 131 müəllim müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq Gədəbəy rayonunda yerləşən təhsil müəssisələrində fəaliyyətə başlayıblar.


Açar sözlər: ,