Oktyabrın 6-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 arasında olan və vakant direktor vəzifəsi mövcud ümumi təhsil müəssisələri üçün direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
Elektron formatda təşkil olunmuş imtahanda Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 101 namizəd iştirak edib.