04.10.2024

5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

Şəmkir Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəmkir rayon komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəmkir rayon komitəsinin, Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, direktorlar və müəllimlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıdan bəhs ediblər. Ölkəmizdə təhsil sahəsinin inkişafından, həyata keçirilən islahatlardan danışıb və müəllimlərə bu çətin və şərəfli peşələrində uğurlar arzu ediblər.

Daha sonra bir qrup təhsil işçisi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif ediliblər.

Tədbir bədii hissə ilə davam edib.


Açar sözlər: ,