5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Tovuz rayon ümumi təhsil müəssisələrində çalışan təhsilverənlər arasında intellektual yarış keçirilib.
Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
18 məktəbin iştirak etdiyi yarışı Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları və məktəb direktorları da izləyib.
Yarışda kağızdan istifadə edilməyib. Komandalar "kahoot" proqramından istifadə edərək sualları cavablandırıblar.
Qalib komandalara Fəxri Fərman və hədiyyələr təqdim edilib.