27.09.2024

27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.

Vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib.

Bildirilib ki, 27 Sentyabr - Anım Günü Vətən Müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Qeyd edək ki, təhsil müəssisələrində konfrans, toplantı və mühazirələr, ədəbi-bədii kompozisiyalar və Şəhid ailələri ilə görüşlәr təşkil edilib. Bundan başqa, müəllim və şagirdlər tərəfindən Şəhidlər Xiyabanı ziyarət edilib.

 


Açar sözlər: ,