25.09.2024

"STEAM vasitəsilə Yaşıl bacarıqlar" layihəsi çərçivəsində "Ecothon" müsabiqəsi keçirilib

Sentyabrın 24-də "STEAM vasitəsilə Yaşıl bacarıqlar" layihəsi çərçivəsində "Ecothon" müsabiqəsi keçirilib.

Layihədə Tovuz şəhər Elxan Məmmədov adına tam orta məktəbin, Bozalqanlı kənd Y.Sadıqov adına tam orta məktəbin və Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbin komandaları iştirak ediblər. Hər üç komanda "Ecothon" müsabiqəsində qalib olub. Müsabiqənin sonunda qalib komandalar UNICEF tərəfindən təltif ediliblər.

Qeyd edək ki, layihənin əsas məqsədi uşaq və yeniyetmələr arasında iqlim dəyişmələri barədə biliklərin artırılması və eko-texnoloji bacarıqların inkişaf etdirilməsidir.


Açar sözlər: ,