Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak ediblər.
Şəmkir rayon Düyərli kənd 1 nömrəli tam orta məktəbdə keçirilən seçim turunda Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 126 nəfər X sinif, 119 nəfər XI sinif şagirdi seçim turuna qatılıb.
Test üsulu ilə keçirilən seçim turunda şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual təqdim olunub. Müsabiqənin nəticələri barədə məlumatlar şagirdlərin təhsil aldıqları məktəblərə göndəriləcək.
Qeyd edək ki, seçim turunun nəticələrinə əsasən ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak hüququ qazanacaqlar.