Sentyabrın 16-da Ağstafa rayon Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin yeni binasının açılışı olub.
Açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Heydər Əliyev Fondunun əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və müəllimlər iştirak ediblər.
Məktəbin yeni binasının inşasına Heydər Əliyev Fondu tərəfindən "Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2023-cü ilin oktyabr ayından başlanılmışdır. Məktəb binası 220 şagird yerlikdir. Məktəbdə 12 sinif otağı, 3 laboratoriya otağı, kitabxana, 120 nəfərlik akt zalı, idman zalı və 125 nəfərlik yeməkxana mövcuddur.
Ağstafa rayon Zəlimxan kənd A.Asimoğlu adına tam orta məktəbin yeni binası avadanlıqlarla təmir edilib, eyni zamanda kamera sistemi quraşdırılıb.