Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədbəy rayonları üzrə təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib.
Görüşlərdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, müdir müavini Nizaməddin Babanlı, Tədrisin keyfiyyəti sektorunun müdiri İbrahim Həsənov, rayon təhsil sektorlarının əməkdaşları və müəssisə rəhbərləri iştirak ediblər.
İdarə müdiri təhsil müəssisələrinin 2023-2024-cü tədris ilində əldə etdiyi nəticələrdən danışıb, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu qeyd edib, həmçinin tədrisin təşkilində müəssisə rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra qarşıda duran məsələlər, prioritet istiqamətlər müzakirə olunub, suallar cavablandırılıb.
Görüşlərin keçirilməsində məqsəd təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına, tədris prosesinin düzgün idarəolunması ilə nəticəyönümlülüyün əldə olunmasına və ümumi təhsilin məqsədyönlü inkişafına nail olmaqdan ibarətdir.