Sentyabrın 6-da “Təhsil işçilərinin sentyabr konfransı” çərçivəsində ARTİ tərəfindən müəllimlərlə tədris-metodiki seminar keçirilib.
Metodiki görüşdə Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva tərəfindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin Azərbaycan dili və ədəbiyyat, xarici dil müəllimləri ilə “Gündəlik dərsin planlaşdırılması” mövzusu müzakirə olunub, müəllimlər dinlənilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.