03.09.2024

Yeni tədris ilinənə hazırlıq məqsədilə dezinfeksiya işləri aparılır

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yeni tədris ilinənə hazırlıq məqsədilə dezinfeksiya işləri aparılır.

Belə ki, müəssisələrdə dezinfeksiya işləri aparılaraq sinif otaqları, dəhlizlər və ümumi istifadə olunan sahələr xüsusi təmizlik prosedurlarından keçirilir.

Dezinfeksiya işlərinin aparılması məktəblərin yeni tədris ilinə hazır olmasını təmin etmək, həmçinin şagirdlərin və müəllimlərin sağlamlığını qorumaq məqsədi daşıyır.


Açar sözlər: