30.08.2024

İşə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib

Avqustun 30-da Təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, psixoloq və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələrinə işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, psixoloq və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Test imtahanında 217 namizəd iştirak edib.

Test imtahanında namizədlərə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na müvafiq olaraq qanunvericilik üzrə 20 sual, İKT (informasiya və kommunikasiya texnologiyaları) bacarıqlarının yoxlanılması və məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilib.

Hər bölmə üzrə təqdim olunan sualların 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.


Açar sözlər: