Avqustun 21-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.
Qəbulda idarənin müdir müavinilə bərabər Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonları üzrə təhsil sektorlarının əməkdaşları da iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu davamlı olaraq keçirilir.
Vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.