12.08.2024

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib

Qazax-Tovuz Regional Təhsil İdarəsində qulluq keçən dövlət qulluqçuları üçün “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib.

Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib.

Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları mövzusunda təlim iştirakçılarının sualları cavablandırılıb.