İyulun 30-na olan məlumata əsasən, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat sistemi (www.bq.edu.az) vasitəsilə 1619 uşağın məlumatı yerləşdirilib. Onlardan 1321 uşaq məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib.
Qeyd edək ki, iyulun 16-dan etibarən uşaqların dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilib.
Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra cari ilin sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.
Qeyd edək ki, boş yerlərə qəbul il ərzində aparılacaq.