25.07.2024

Məzunlarımız qızıl və gümüş nişanla təltif olunublar

Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında Azərbaycan Respublikası elm və təhsil naziri əmr imzalayıb. Əmrə əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilini xüsusi nailiyyətlərlə başa vuran XI sinif məzunlarından 10 nəfər qızıl nişanla, IX sinif məzunlarından Şəmkir rayonu Mahmudlu kənd Y.Əsgərov adına tam orta məktəbin şagirdi Məmmədova Zeynəb Habil qızı isə gümüş nişanla təltif olunub. Qızıl nişanla təltif olunan şagirdlər aşağıdakılardır.

 

  • Məhərrəmli Turqay İlqar oğlu - Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəb;
  • Məmmədov Rəsul Mahmud oğlu - Qazax rayonu Daş Salahlı kənd A.Əmilov adına 1 nömrəli tam orta məktəb;
  • Abdurahmanlı Bənövşə Ramil qızı - Qazax rayonu Daş Salahlı kənd A.Əmilov adına 1 nömrəli tam orta məktəb ;
  • Musayev Pərvin Azər oğlu - Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəb;
  • Mustafazadə Afiq Arzu oğlu - Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəb;
  • Qasımova Mədinə Müşviq qızı - Tovuz rayonu Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəb;
  • Səlimov Nicat Asif oğlu - Tovuz şəhər M.Ələkbərov adına tam orta məktəb;
  • Məhərrəmzadə İlahə Rəşad qızı - Tovuz şəhər M.Ələkbərov adına tam orta məktəb;
  • Poladov Murad Hikmət oğlu - Tovuz şəhər M.Ələkbərov adına tam orta məktəb;
  • Allahverdiyeva Fatimə Habil qızı - Gədəbəy şəhər İ.Əliyev adına 1 nömrəli tam orta məktəb.

Açar sözlər: ,