18.07.2024

“Vətəndaş qəbulu qaydaları və vətəndaş məmnuniyyəti” mövzusunda təlim keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Vətəndaş qəbulu qaydaları və vətəndaş məmnuniyyəti” mövzusunda təlim keçirilib.

Təlim zamanı İnzibati təşkilat sektorunun əməkdaşı Fizuli Ələsgərov təqdimatla çıxış edərək, vətəndaş qəbulu qaydaları, vətəndaş qəbulu cədvəlinin hazırlanması, işə qəbul qaydaları, TMS pro elektron platformasında müraciətlərin düzgün cavablandırılması və s. məsələlər barədə geniş məlumat verib və qaydaları izah edib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: