Şəmkir şəhər 2 saylı körpələr evi-uşaq bağçasının böyük qruplarında təhsil alan uşaqların məktəbə yola salınmaları ilə əlaqədar "37-ci məzunlar" adlı tədbir keçirilib.
Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, Gəncə SOS Uşaq kəndinin nümayəndələri, 2 saylı körpələr evi-uşaq bağçasının kollektivi, valideynlər və uşaqlar iştirak ediblər.
Tədbirdə uşaqların ifasında səhnəcik və rəqslər nümayiş etdirilib, nağıl qəhrəmanları canlandırılıb, vətənimizi, bayrağımızı, qələbəmizi və təbiətimizi tərənnüm edən şeirlər səsləndirilib.