11.07.2024

“Əmək münasibətləri” mövzusunda təlim keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Əmək münasibətləri” mövzusunda təlim keçirilib.

Təlim zamanı İnzibati təşkilat sektorunun əməkdaşı Aysel Aslanova təqdimatla çıxış edərək, işçilərin işə qəbulu, əmək və icra intizamı, əmək müqaviləsinə xitam verilməsi, akt, əmr, izahat formaları və s. məsələlər barədə geniş məlumat verib və qaydaları izah edib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: