10.07.2024

Qarabağ Universitetinin rektoru abituriyentlərlə görüş keçirib

İyulun 10-da Qarabağ Universitetinin rektoru Şahin Bayramov Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər və onların valideynləri ilə görüşüb.

Qarabağ Universiteti haqqında ətraflı məlumat verən rektor tələbə qəbulu aparılan ixtisaslar, universitetdə tətbiq olunacaq xüsusi güzəştlər, yerli və beynəlxalq mübadilə proqramları barədə danışıb.

Sonda, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,