10.07.2024

"Əlvida bağça" adlı tədbir keçirilib

Ağstafa şəhər 5 saylı körpələr evi-uşaq bağçasının böyük qruplarında təhsil alan uşaqların məktəbə yola salınmaları ilə əlaqədar "Əlvida bağça" adlı tədbir keçirilib.

Tədbirdə 5 saylı körpələr evi-uşaq bağçasının kollektivi, valideynlər və uşaqlar iştirak ediblər. Tədbirdə uşaqların ifasında səhnəcik və rəqslər nümayiş etdirilib, nağıl qəhrəmanları canlandırılıb, vətənimizi, bayrağımızı, qələbəmizi və təbiətimizi tərənnüm edən şeirlər səsləndirilibdir.