09.07.2024

 "Təbiət bizik" adlı sosial-ekoloji yay düşərgəsi təşkil edilib

 

İyulun 9-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Peşə Təmayüllü Siniflər layihəsinin mentorları tərəfindən "Yaşıl Dünya Naminə Həmrəylik İli"nə həsr olunmuş "Təbiət bizik" adlı sosial-ekoloji yay düşərgəsi təşkil edilib. Düşərgədə 3 mentor və 26 şagird iştirak edib.

Düşərgənin təşkil edilməsində məqsəd şagirdlər arasında ictimai məsuliyyət yaratmaq, onların peşə siniflərində öyrəndikləri bacarıqlarını sosial istiqamətdə tətbiqinə təşviq etmək və dövlətin ekoloji siyasətinə dəstək verməkdir.


Açar sözlər: ,