04.07.2024

“Kargüzarlıq işinin təşkili” mövzusunda təlim keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Kargüzarlıq işinin təşkili” mövzusunda təlim keçirilib.

Təlim zamanı İnzibati təşkilat sektorunun əməkdaşı Cəvahir Qocayeva təqdimatla çıxış edərək, elektron sənəd dövriyyəsi sistemindən praktiki istifadə qaydaları, vətəndaş müraciətlərinin vaxtında və düzgün cavablandırılması, təhsil müəssisələrində sənədləşmə işinin düzgün aparılması və s. məsələlər barədə geniş məlumat verib və qaydaları izah edib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: