03.07.2024

Vətəndaş qəbulu keçirilib

İyulun 3-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.

Qəbulda idarə müdiri ilə bərabər Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonları üzrə təhsil sektorlarının müdirləri də iştirak ediblər.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu davamlı olaraq keçirilir.

Vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.


Açar sözlər: