01.07.2024

"Olimpiada qaliblərinin mükafatlandırılması" mərasimi keçirilib

İyulun 1-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "Olimpiada qaliblərinin mükafatlandırılması" mərasimi keçirilib. Mərasimdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, sektor müdirləri, rayon həmkarlar ittifaqları komitələrinin sədrləri, məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev çıxış edərək olimpiada qaliblərini, onların müəllimlərini və valideynlərini təbrik edib. Ötən illə müqayisədə medal qazanan şagirdlərin sayının və olimpiadaya marağın artdığını qeyd edib.

Gədəbəy rayon Səbətkeçməz kənd tam orta məktəbinin müəllimi Orxan Məmmədov çıxış edərək olimpiadaların uşaqların təhsil həyatında böyük yer tutduğunu bildirib. Göstərilən qayğı və diqqət üçün Qazax-Tovuz Regional Təhsil İdarəsinə öz təşəkkür və minnəttarlığını çatdırıb.

Daha sonra qızıl, gümüş və bürünc medal qazanan şagirdlər və onların müəllimləri "Fəxri Fərman" və "Təşəkkürnamə" ilə təltif ediliblər.

Tədbir şagirdlərin ifalarından ibarət bədii hissə ilə davam edib.

Tədbirin sonunda xatirə şəkli çəkilib.


Açar sözlər: ,