14.06.2024

“Son zəng” tədbirləri keçirilib

İyunun 14-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.

Ağstafa rayon Həsənsu kənd A.Mustafayev adına tam orta məktəbdə təşkil olunmuş "Son zəng" tədbirində Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları öz çıxışlarında məzunları təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıblar.

Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam edib.

Məlumat üşün bildirik ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 5956 şagird məzun olub.


Açar sözlər: ,