11.06.2024

“Əsas vəsaitlərin idarə olunması” mövzusunda təlim keçirilib

“Əsas vəsaitlərin idarə olunması” mövzusunda təlim keçirilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Əsas vəsaitlərin idarə olunması” mövzusunda təlim keçirilib.

Təlimdə Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə təsərrüfat qruplarının rəhbərləri, mərkəzləşdirilmiş mühasibatlıqların əməkdaşları və təhsil müəssisələrinin təsərrüfat işləri üzrə maddi məsul şəxsləri iştirak ediblər.

Təlim zamanı Maliyyə-iqtisadiyyat sektorunun əməkdaşı Elmar Mürşüdov müvafiq təqdimatla çıxış edib. Belə ki, inventarizasiyanın aparılma qaydaları, aparılma vaxtları, aparılmasının vacibliyi, inventarizasiyaya hazırlıq işləri, iltizamnamələrin təqdim edilməsi, inventarizasiya cədvəllərinin tərtib edilməsi, inventarizasiyanın nəticələrinin tənzimlənməsi və sənədləşdirilməsi haqqında geniş məlumat verib və qaydaları izah edib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: