11.06.2024

Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinə dair görüş keçirilib

Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesinə dair görüş keçirilib.

İyunun 11-də məktəbəqədər təhsil müəssisələrində çalışan bir qrup tərbiyəçi-müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi ilə bağlı məlumatverici görüş keçirilib.

Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi Hüseyn Hüseynov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və bir qrup tərbiyəçi-müəllim iştirak edib.

MÜTDA-nın əməkdaşı Hüseyn Hüseynov təhsilverənlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesinin mahiyyəti, test imtahanı və müsahibə mərhələlərinin təşkili, cəlb olunan heyətlə bağlı çıxış edib. Eyni zamanda sözügedən proseslə bağlı qanunvericiliyə edilən dəyişikliklər, diaqnostik qiymətləndirmə prosesinin təhsilin keyfiyyətinə müsbət təsirini qeyd edib.

Sonda görüşdə müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib, diaqnostik qiymətləndirmə prosesi ilə bağlı çoxsaylı suallar cavablandırılıb.


Açar sözlər: