10.06.2024

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş ekskursiya təşkil edilib

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş ekskursiya təşkil edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsi və "Azərşəkər" MMC-nin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş ekskursiya təşkil edilib.

Ekskursiyada Qazax-Tovuz Regional Təhsil İdarəsinin əməkdaşları və Şəmkir rayon ümumi təhsil məktəblərinin qabaqcıl şagirdləri iştirak ediblər.

Ekskursiya zamanı şagirdlərə "Azərşəkər" MMC-nin Şəmkir təsərrüfatında görülən işlər barədə geniş məlumat verilib. Şagirdlər qabaqcıl texnologiyalardan istifadə edilməklə suya necə qənaət edildiyi, ətraf mühitin necə mühafizə edilməsi, pivot və damla suvarma üsulları tətbiq edilməklə becərmə prosesi və bitkilərin ziyanvericilərdən qorunması üsulları ilə yaxından tanış olublar.

Ekskursiya zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Görüş çay masası ətrafında davam edib.


Açar sözlər: ,